200 milyon il öncə mövcud olduğu güman edilən, qismən mutasiyaya uğrasa da kökü kəsilməyən, bir çox fərqli növləri daha çox İndoneziyada və Avstraliyada yaşayan, lakin digər növlərdən seçilən bənzərsiz, nadir cins olan Exidna Attenboronun 60 il sonra yenidən görünməsi alimlərin böyük marağına səbəb olub.
BUTA.TV xəbər verir ki, uzun illər sonra bioloq Kemton elmdə yenilik edib. Bioloq adətən gecələr ova çıxan və xırda canlılarla qidalanan, ilk baxışdan kirpiyə bənzəsə də üzü, ağzı qarışqayeyəni xatırladan, ayaqları köstəbək ayaqlarına oxşayan, 60 il öncə nəsli kəsildiyi qeyd edilən bu nadir, qəribə Exidna Attenboro adlanan növü təsadüf nəticəsində təbiət qoynunda yaxalayıb.
Exidna Attenboronun elmə məlum olan bu nadir növü ancaq yumurta qoymaqla nəsil artırır. 60 ildən sonra kökü kəsildiyi təxmin edilən Exidnanın yenidən üzə çıxması elmi yeniliyə səbəb olub.
Dünyanın nadir canlıları siyahısında olan Exidna Attenborun bu növü sonuncu dəfə 1961-ci ildə Oksford universiteti alimləri ilə tədqiqat səfərinə çıxan Devid Attenboro tərəfindən kamera yaddaşına köçürülmüş və bu nadir heyvan növü ingilis tədqiqatçı alimin şərəfinə belə adlandırılmışdı.
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi
- 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin detalları...
- Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr
- 70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
- Bakı Limanında “Gadamly” quru yük gəmisinin qarşılanması...
- Bu ağacların kəsilməsinə icazə veriləcək
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək