Gündə bir çay qaşığı duz qəbulunu azaltmaq, bir həftə ərzində qan təzyiqini məşhur təzyiq dərmanlarını qəbul etməklə əldə edilən səviyyələrə endirir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Vanderbilt Universitetinin Tibbi Mərkəzinin alimlərinin açıqladıqları hesabatda qeyd olunub.
Alimlərin apardığı təcrübələrin nəticələri ABŞ Kardiologiya Assosiasiyasının konfransına təqdim olunub.
Alimlər yüksək qan təzyiqi olan yüz iştirakçınının bəzilərini az duzlu pəhrizə (gündə 1,3 qram), digərlərini isə yüksək duzlu pəhrizə (gündə 5 qram) cəlb ediblər. Bir həftə sonra aşağı natriumlu pəhrizin qan təzyiqini orta hesabla 7 mmHg azaltdığı aşkar edilib.
Qeyd olunub ki, həddindən artıq miqdarda duz qan təzyiqinin artmasına, arterial hipertaniyanın inkişafına kömək edir və nəticədə ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı və insult kimi bədbəxt hadisələr riskinin artmasına səbəb olur.
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi
- 67 yaşlı anasının başını kəsdi - Cinayət işinin detalları...
- Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr
- 70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
- Bakı Limanında “Gadamly” quru yük gəmisinin qarşılanması...
- Bu ağacların kəsilməsinə icazə veriləcək
- Moskvadan kənarda görüş üçün şərt irəli sürdü
- Bu şəxslərin vərəsələrinə 4 misli müavinət veriləcək