“Rusiya ilə müttəfiqlik mənasızdır”.
BUTA.TV “Past”a istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə ötən ayın əvvəlində keçirilən qapalı görüş zamanı bildirib. O qeyd edib ki, hər kəsin şahidi olduğu kimi, xarici siyasət vektorunda dəyişikliklər var. Dəyişiklik rəsmi şəkildə elan olunmayacaq, çünki bir sıra xarici tərəfdaşlar, xüsusən də İran ölkə siyasətində bu dönüşün əleyhinədir.
Paşinyan əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, davam edir, o, sakit və “yumşaq” şəkildə baş verəcək. Bundan sonra KTMT və MDB fəaliyyətində iştirak etməyəcəyini bildirən hökumət başçısı artıq bu strukturların əvəzləyicilərini axtardığını və tezliklə tapılacağını bildirib.
Bundan sonra ermənistan həmin qurumları tərk etdiyini bəyan ediləcək.
Baş nazir bildirib ki, Rusiya ilə ittifaqda qalmaq mənasızdır.
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi
- Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - Foto
- Hərbçilərimiz paraşüt tullanışlarını icra etdi - Video
- Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi