Sentyabrdakı müharibənin sonunda Azərbaycan Ağdərəni tamamilə mühasirəyə aldı.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu keçmiş qondarma rejimin – “artsax”ın “dövlət naziri” Artur Arutyunyan deyib.
"Azərbaycan qoşunlarının irəliləməsi və infrastrukturun, yolların, o cümlədən Stepanakerti birləşdirən yolların itirilməsi panikanı artırdı. Bundan sonra biz oradakı əhalini təxliyə etməyə başladıq. Hava limanının ərazisində çoxlu sayda təxliyə edilmiş həmyerlimiz olduğundan, onlar üçün də çadırlar qurduq və yeməklə təmin etdik. O insanlar da Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə idilər, ona görə də biz ilk evakuasiyaya elə orada başladıq. Çünki hər yer Azərbaycan ordusunun nəzarətində idi”, - o deyib.
Qeyd edək ki, bu, Azərbaycan ordusunun Qarabağda etnik təmizləmə və qırğınlar törətməsi haqda iddiaların əsassız olduğunu növbəti dəfə sübuta yetirir. Hərbçilərimiz hətta mühasirə vəziyyətindəki erməni terrorçuların təslim olub ərazini tərk etməsinə şərait yaradıb.
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi
- Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - Foto
- Hərbçilərimiz paraşüt tullanışlarını icra etdi - Video
- Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi