Paşinyan Paris sülh forumunda çıxışı zamanı Azərbaycanla sülh üçün məlum 3 prinsipi - ərazi bütövlüyü, sərhədin Almatı bəyannaməsinə uyğun delimitasiyası və kommunikasiyanın yurisdikasiya çərçivəsində açılmasını (bununla dəhliz məntiqini arxa plana keçirir) - yenidən təkrarlayıb. Və əlavə edib ki, indi ən vacib nüans Bakının Brüsseldə artıq razılaşdırılmış və Mişelin bəyanatlarında yer alan məsələləri bir daha təsdiq edib-etməyəcəyidir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Nikol bununla yenidən planlaşdırılan Brüssel görüşündən öncə Bakını dilemma qarşısında qoymağa çalışır:
“Azərbaycan görüşə getməsə, “sülh sazişində maraqlı olmayan tərəf” kimi təqdim ediləcək; görüşdə iştirak etsə, İrəvanın dediyi üç prinsipi yenidən təsdiq etməlidir.
Hərçənd, rəsmi Bakı üçün Brüssel formatı müharibədən sonra Qərb cəbhəsində Minsk Qrupunun “dirildilməsinə” qarşı alternativ xarakteri daşıyırdı və xüsusilə Qarabağa (ermənilərin yaşadığı ərazilər) görə lazım idi. Qarabağ məsələsi tamamilə həll ediləndən sonra sərhədin necə delimitasiyası edilməsi və kommunikasiyanın hansı prinsiplə açılması məsələsində Qərb masası maraqlarımıza tam cavab vermir. Bundan sonra məsələlərin regional müstəvidə həlli prinsipi ön plandadır”.
- Məşhur polkovnikə yüksək vəzifə verildi
- Məcid Xandan Əliyevə: Bu, bizi olduqca kədərləndirdi
- Təyyarə qəzasında yaralanan daha bir nəfərdən xəbər var
- Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz - Babacanyan
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov