ABŞ-da azərbaycanlı tələbələrin təsis etdiyi “Azərbaycan-Amerika Gənclər Assosiasiyası”nın təşkilatçılığı ilə Florida ştatının Mayami şəhərində 8 noyabr Zəfər Gününə və 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş avtoyürüş keçirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, həmvətənlərimiz Azərbaycan bayraqlarına bürünmüş avtomobillərlə şəhərin rəngarəng işıqlı mərkəzi meydan və prospektlərində hərəkət ediblər.
Avtomobil karvanının iştirakçıları şəhərin müxtəlif yerlərində dayanaraq “Yaşasın Azərbaycan!”, “Qarabağ Azərbaycandır!” şüarlarını səsləndiriblər.
Yerli sakinlər həmyerlilərimizin sevincini bölüşüb, onları tarixi qələbə münasibəti ilə təbrik ediblər.
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir
- ADY-də qanvermə aksiyası keçirildi
- Prezident WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - Foto
- Hərbçilərimiz paraşüt tullanışlarını icra etdi - Video
- Prezident Bakı Olimpiya Stadionunda - Fotolar
- Hantavirus insandan insana nadir halda keçir - Rəsmi