Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə keçirilən Altıncı Sülh Konfransında Azərbaycanın apardığı “etnik təmizləmə”dən danışdıqdan sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edib.
BUTA.TV erməni mediasına istinadla xəbər verir ki, L.Abdullayeva Azərbaycanın 2020-ci ildə və sonrakı dövrdə fəaliyyətinin yeganə məqsədinin ərazi bütövlüyünü bərpa etmək olduğunu vurğulayıb.
O bildirib ki, beynəlxalq ictimaiyyət də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Bakının özü sülh prosesinin təşəbbüskarı olub və Fransanın xarici işlər naziri İrəvanda Ermənistana silahla kömək etmək barədə danışanda Fransanı sülh prosesinə mane olmaqda ittiham edib.
Paşinyan bildirib ki, Azərbaycan bir tərəfdən sülhdən danışır, digər tərəfdən Ermənistanı “Qərbi Azərbaycan” adlandırır.
“Fransa məsələsinə gəlincə, hər bir suveren ölkənin orduya sahib olmaq və özünü müdafiə etmək üçün silahlanmaq hüququ var.
Azərbaycan külli miqdarda silah alır və onların silah almaq üçün büdcəsi Ermənistanın hərbi xərclərindən 3 dəfə çoxdur. Əgər Azərbaycan üç razılaşdırılmış prinsipi təsdiq edərsə, yaxın aylarda sülh müqaviləsinin imzalanması reallıqdan da artıqdır”, - Paşinyan bildirib.
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi
- Soba başçını “yandırdı” - Yeni foto
- Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı
- Əliyev tənqid etdi, İran mediası Amulini yıxıb-sürüdü