Ermənistan Baş naziri Nikol Paşinyan Fransa lideri Emmanuel Makronla görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Yelisey Sarayının yaydığı məlumatda deyilir. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər Qranadada (İspaniya) qəbul edilmiş dördtərəfli bəyanatda Bakı-İrəvan münasibətlərinin tənzimlənməsinə dair müddəaların vacibliyinə toxunublar, mövcud məsələ ilə bağlı beynəlxalq birliyin yardımının əhəmiyyətini qeyd ediblər.
Bundan əlavə, Paşinyan Ermənistan-Fransa əməkdaşlığının bütün sahələrdə inkişafının vacibliyini bildirib. Tərəflər əməkdaşlığın dərinləşdirilməsi üçün ardıcıl fəaliyyəti təmin etməyə hazır olduqlarını bəyan ediblər.
Makron Fransanın Ermənistana gələcək inkişafında və mövcud problemlərin aradan qaldırılmasında yardımını əsirgəməyəcəyini bir daha vurğulayıb.
Qeyd edək ki, Nikol Paşinyan arvadı Anna Akopyanla birgə Fransada səfərdədir.
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək
- Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar