İşğaldan əvvəl Laçın şəhərində fəaliyyət göstərən kinoteatrın binası yenidən bərpa olunaraq fəaliyyətə başlayıb.
Kult.az xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəliyi, Bakı abadlıq xidməti MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbiçilər iştirak edib.
Açılışı olan kinoteatr binasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər kinoteatr binası haqqında danışıblar.
Bildirilib ki, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılan kinoteatr binası 8 aya bərpa olunub. 1700 kv-lıq ərazidə 1000 kv-a yaxın klub inşa edilib. 230 oturacaqdan ibarət olan cinema klubun binasının daxili 350 kv, səhnənin ölçüsü 82 kv, ekranın ölçüsü isə 70 kv. İlk dəfə olaraq Laçında "Mən Burdayam İlahi" adlı Azərbaycan filiminin nümayişi olunub. Laçın sakinləri öz doğma vətənlərində kinoteatr binasında film təqdimatın alqışlarla qarşılayıb.
- Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video
- “Cip” sürücüsünə qarşı quldurluq edənlərə ağır cəza - Video
- 460 uşağın dərsə davamiyyəti bərpa edildi
- Bu agentliyə yeni səlahiyyət verildi – Qərar
- “28 May” və “Cəfər Cabbarlı” arasında yeni pilləkən tikilir - Foto
- Rasim İldırım barışıq üçün ona - 150 min təklif edir