41 yaşlı kişi 3 nəfər qonşusunu bıçaqlamaqda şübhəli bilinir.
BUTA.TV xezerxeber.az-a istinadla xəbər verir ki, hadisə Samuxun Çobanabdallı kəndində baş verib. Kənd sakini 41-yaşlı Fədail Quliyev qonuları - 22 yaşlı Ayxan Nəbiyevi, onun anası Aynur Nəbiyevayanı və 63 yaşlı Xaliq Həsənovu bıçaqlayıb. Daha sonra isə özünə xəsarət yetirib. Hadisə zamanı xəsarət alan Xaliq Həsənovun sözlərinə görə, qonşusu ona heç bir səbəb olmadan qəflətən hücum edib.
Kənd sakinlərinin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Fədail Quliyev ailəsi ilə ayrıldıqdan sonra uzun müddət tək yaşayıb. Onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Sakinlər adıçəkilən şəxsin bir müddət müalicə aldığını da qeyd ediblər.
Hadisə zamanı yüngül xəsarətlərlə qurtula bilən Xaliq Həsənov ilkin tibbi yardımdan sonra evə buraxılıb. Onun qonşuları - 22 yaşlı Ayxan Nəbiyev və anası Aynur Nəbiyevaya isə xəstəxanaya yerləşdirilib. Həkimlər gənc oğlanın vəziyyətini orta-ağır qiymətləndirirlər. Polis hadisəni törətməkdə şübhəli bilinən 41 yaşlı Fədail Quliyevi saxlayıb, araşdırmalar davam etdirilir.
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək
- Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edildi
- Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü - Video