Xankəndidə keçirilən hərbi parad Azərbaycanın suverenliyinin bərpasının dönməzliyinin əlamətidir.
BUTA.TV xəbər verir ki, bu barədə "Nasionalnaya oborona" jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko bildirib.
"Rusiyanın ekspertlər icması, on milyonlarla Rusiya vətəndaşı adından Azərbaycan xalqını, Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etmək istəyirəm. Bu, Azərbaycanın tarixində möhtəşəm bir hadisə və Azərbaycan xalqının arzularının yerinə yetirilməsidir. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycan güclü, effektiv, gələcəyə baxan müasir dövlətdir", - Korotçenko bildirib.
Ekspert vurğulayıb ki, İkinci Qarabağ müharibəsində və sentyabrın 19-20-də Qarabağdakı antiterror tədbirləri zamanı Azərbaycan Ordusu öz effektivliyini nümayiş etdirib. O əlavə edib:
"Azərbaycan Prezidenti, Ali Baş Komandan strateji uzaqgörənliyin zəfərini bir daha nümayiş etdirdi. Xankəndində keçirilən hərbi parad ötən vaxt ərzində baş verən dəyişikliklərin sarsılmaz olmasının təzahürüdür. Bu hərbi parad Azərbaycanın suverenliyinin dönməzliyinin əlamətidir. Ölkənin suverenliyinə qəsd etmək fikrinə düşən hər hansı təcavüzkar darmadağın ediləcək".
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın həm də nüfuzlu rəqibləri var.
"Biz onların səsini, yalanlarını, böhtanlarını eşidirik, amma Qələbə və Azərbaycanın səmərəli dövlət quruculuğu modeli ilə müqayisədə onlar, sadəcə kölgədə qalır və yox olurlar. Əminəm ki, görkəmli siyasətçi İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan yalnız uğurlara və gələcəyə doğru irəliləyişə layiqdir", - deyə İ.Korotçenko vurğulayıb.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək