Bakıda bizi çox çətin oyun gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis səfərə 3 xal üçün yollanacaqlarını söyləyib: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək