Əməkdar artist Xumar Qədimovanın illər öncə səsləndirdiyi “Dilbərim” mahnısı eyni vaxtda yeddi fərqli “YouTube” kanalında trendə düşüb.
“BUTA.TV” xəbər verir ki, Qədimovanın bənzərsiz repertuarında yer alan mahnıya öncə “TikTok”da yüzlərlə video çəkilib, sonradan yutubda aktuallaşıb. Mahnının müxtəlif remiks versiyaları sənətkarın şəxsi səhifəsi ilə yanaşı, altı əlavə kanalda yer alıb. Mahnı hazırda “YouTube”da 2-ci, 5-ci, 10-cu, 12-ci, 27, 28, 29-cu yerlərdədir.
Qeyd edək ki, bu, Azərbaycan musiqi tarixində bir ilkdir.
Bundan əlavə, Xumar Qədimova yeni “TikTok” hesabı açandan sonra onun repertuarında olan hitləri bu sosial şəbəkə trendlərini alt-üst edib.
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- Prezident Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video
- Bu avtobuslar üzrə müsabiqənin qalibi bəlli oldu
- Uşaq evlərinin sakinləri üçün xüsusi məşğələlər təşkil edildi
- Cəbrayılda siqaret istehsal ediləcək