Bakıda və Abşeron yarımadasında noyabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacaq.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video