Xəbər verdiyimiz kimi, müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.
BUTA.TV Axşam.az-a istinadən xəbər verir ki, "Təsir dairəsi" verilişinə müraciət edən sənətçi qardaşı oğlunun tapılmasında ona köməklik göstərmələrini xahiş edib.
Proqram zamanı aparıcı Lalə Azərtaş ifaçının qardaşı övladının adının da İntiqam olduğunu və onu tapdıqlarını bildirib. Daha sonra isə o, İntiqamın fotosunu Tacir Şahmalıoğluya göstərib.
Azərtaş həmin an göz yaşlarını saxlaya bilməyən sənətçiyə daha bir müjdəli xəbər verib. O bildirib ki, sabahkı proqramda müğənnini qardaşı oğlu ilə görüşdürəcək.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin
- Vilayət Eyvazov sıra baxışı keçirdi - Video