Meyxanaçı Balaəli Maştağalı keçirdiyi avtomobil qəzasından danışıb. BUTA.TV xəbər verir ki, "Ay Zaur" proqramının qonağı olan söz ustadı Ağcabədidən gələndə qəza keçirdiyini açıqlayıb:
"Mən toylara tez-tez dəvət alan adamam. Pul xərcləməyi sevirəm, bir günə 1000 manat qazanmışamsa, onun 500-ü evə gedib çatar ya çatmaz, amma mən ağlı başında adamam. Ağcabədidən gəlirdim, yatmışdım deyə qəza oldu. Həmin vaxt 2 gündür ki, yatmırdım, yuxusuz idim. Toya dəvət almışdıq, sonra verilişə çıxdım axşam isə yenə toyda idim. Ağcabədidən qayıdırdım. Zabrata çatanda gördüm məni yuxu tutur tez pəncərələri açdım ki, hava dəysin. Ordan da Maştağaya cəmi 6-7 dəqiqəlik yol idi, yuxu tutub, maşını körpüdən aşağı aşırmışam. Tez əlimi bədənimə vurdum ki, görüm ölmüşəm? Sonra gördüm sağam, telefonumu götürüb zəng etdim. Sonra həmin maşını satdım, yenisini aldım. Onu da kreditə götürmüşəm, indi kredit ödəyirəm".
- Azərbaycanda terror törətmək istəyən əcnəbiyə hökm oxundu
- Təyyarədə adam öldü, məcburi Bakıya endi
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir