ABŞ Dövlət katibi Entoni Blinken və nümayəndə heyəti Ankaraya bu gün gecə saatlarında hərbi-nəqliyyat təyyarəsi ilə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Blinkeni Ankaranın Esenboğa hava limanında ABŞ-ın Türkiyədəki səfiri Cefri Flek, Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə ikili siyasi işlər müdiri Yaprak Balkan, Ankara valisinin müavini Namiq Kamal Nazlı qarşılayıb.
Blinkenin bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcəyi, Qəzzadakı vəziyyət, regional məsələlər və ikili münasibətləri müzakirə edəcəkləri bildirilib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinkenin 2-10 noyabr tarixlərində İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcəyi bildirilmişdi. Buna baxmayaraq, Blinkenin Mahmud Abbas və Hakan Fidanla da görüşəcəyi haqda media xəbər tirajlamışdı.
Medianın məlumatına görə, Hakan Fidan Blinkenə İsrail-HƏMAS müharibəsini sülh yolu ilə nizamlamaq üçün 4 maddəlik təklif təqdim edəcək.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin