“Apple” şirkəti “iPhone 17”ni ilk olaraq Hindistanda istehsal edəcək.
Buta.tv xəbər verir ki, bunu Asiya-Sakit Okean regionunda maliyyə xidmətləri göstərən “TF International Securities” şirkətinin analitiki, “Apple”ın Asiya tədarük zəncirindəki təmaslarından kəşfiyyat məlumatları toplayaraq onları tədqiq edən mütəxəssis Minq Çi Kuo deyib.
O bildirib ki, bununla da şirkət Çin bazarından asılılığı azaldacaq. Analitikin sözlərinə görə, artıq Hindistan bazarına etibar edən “Apple” 2024-cü ilədək dünya bazarına çıxarılacaq “iPhone”un 20-25 faizini “Made in India” adı altında satacaq: “Cari ildə isə “Apple”nin dünya üzrə “iPhone” tədarüklərinin təxminən 12-14%-i Hindistanın payına düşüb”.
Minq Çi Kuonun sözlərinə görə, yaxın illərdə “Apple” Hindistanda “iPhone” istehsalını iki dəfəyədək artırmağı hədəfləyir.
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı
- Sürücülərə xəbərdarlıq: Alternativ yollardan istifadə edin