Türkiyədə ailə qətliamı olub.
Hadisə Bursa şəhəri Mustafakamalpaşa qəsəbəsində baş verib. Belə ki, 34 yaşlı Samet Özdemir arvadı 28 yaşlı Zeynəbi, həmçinin 9 yaşlı oğlu Metehan və 4 yaşlı Batuhanı tapança ilə öldürüb. S. Özdemir daha sonra həmin silahla da intihar edib. Heyvandarlıqla məşğul olan ailə üzvlərinin meyitini onlara gələn qohumları aşkar ediblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.
11 ildir evli olan ər-arvad arasında mütəmadi münaqişə yarandığı, Z. Özdemirin bir müddət ata evində qaldığı və hadisədən 2 gün əvvəl öz evlərinə qayıtdığı bildirilir.
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!
- Bu ərazilər qazsız qalacaq
- Tiktoker "Eliş"ə hökm oxundu
- İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı