“Kəpəz” baş məşqçisi Azər Məmmədovla yolları ayırıb.
BUTA.TV İdmanxeber.az-a istinadən xəbər verir ki, bu gün “Qarabağ”a 1:7 hesabı ilə uduzan Gəncə klubunun təcrübəli çalışdırıcısı istefa vermək qərarına gəlib.
O, hətta klubun azad azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşviq Məmmədova sabah istefa verəcəyini də bildirib.
Mütəxəssis rəhbərliyə getmək istədiyini, istefa ərizəsini sabah onlara təqdim edəcəyini bildirib.
Qeyd edək ki, “Kəpəz” Azər Məmmədovun rəhbərliyi altında 12 oyunda yalnız bir qələbə qazana bilib.
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!