Azərbaycanda işsizlikdən sığorta pulu alanlar üçün staj müddəti azaldılır.
BUTA.TV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, cəmi 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda vəsaiti ala biləcək:
“Bir sıra fors-major halları da əhatə etməyə çalışırıq. İşsizlikdən sığorta mexanizminin bir az da genişləndirilməsi üçün imkanlar yaradılıb. Növbəti ildə əhatə olunan şəxslərin sayını bir az da artıra biləcəyik”.
Nazir eyni zamanda bildirib ki, son 5 ildə işəgötürənlər 700 mindən çox vakansiyanı elektron portallara yerləşdiriblər:
“Bunun da 70 %-i son iki ilin payına düşüb. Növbəti dövrlərdə bu say daha da artacaq”.
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!