Noyabrın 3-də Xaçmaz rayonu ərazisində 1966-cı il təvəllüdlü Rasim Hacıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz Rayon Prokurorluğundan BUTA.TV-a verilən məlumata görə, həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1962-ci il təvəllüdlü Faiq Əliyevin Xaçmaz şəhəri ərazisində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rasim Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, prokurorluğun qərarı əsasında Faiq Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
- "Sahil" metrosu qarşısında böyük izdiham - Foto
- Ölkədə milli standartlaşdırma ilə bağlı yeni proqram
- Sabah Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- "8-ci km bazarı"nın sökülməsi barədə yayılan xəbərlərə rəsmi münasibət
- Ötən gün quraşdırılan işıqfor bu gün xarab oldu - Video
- Mingəçevirdə su təchizatı yenilənir - Video
- Mingəçevirdə su təchizatı yenidən qurulur - Video
- Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi