Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənmiş və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür.
BUTA.TV xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
“Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcək”, - nazir bildirib.
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu
- Maaşınız gecikirsə, hər gün üçün əlavə pul almalısınız!