Əvvəlki illərə nisbətən son vaxtlar insanlarda baş ağrılarının artması bir çox səbəblərdən qaynaqlanır. Onların ən başlıcası isə düzgün yuxu və qida rejiminə riayət olunmaması, həddindən artıq informasiyanın beyinə yüklənməsidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında nevropatoloq Yeganə Rəşidova deyib. Nevropatoloqun sözlərinə görə, bəzi insanlarda az hərəkətliliklə əlaqədar fəqərə problemi də baş ağrılarına səbəb ola bilər:
“Həqiqətən də yaşadığımız dövrdə informasiyasız qalmaq mümkün deyil. Lakin baş ağrılarının olmaması üçün insanın normal yuxu və düzgün qida rejimi olmalıdır. Mobil telefonlardan az istifadə etməli, həmçinin, yatan zaman ya telefonu söndürməli, ya da özündən 2 metr məsafədə saxlamalıdır. Eyni zamanda burada təmiz havada gəzintinin də xüsusi önəmi var”, - o bildirib.
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu