ABŞ kəşfiyyatı Rusiyanın "Vaqner" özəl hərbi şirkəti ilə İsrailə qarşı vuruşan Livan Hizbullah qruplaşması arasında mümkün əməkdaşlıqdan narahatdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal" Amerika rəsmilərinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ kəşfiyyat xidmətləri "Vaqner"in Hizbullaha SA-22 kimi tanınan Rusiyanın hava hücumundan müdafiə sistemini göndərə biləcəyi barədə məlumat alıb.
Adı açıqlanmayan ABŞ rəsmilərindən biri bildirib ki, Vaşinqton bu sistemin göndərilməsi faktını təsdiqləməyib. Lakin ABŞ "Vaqner" ilə Hizbullah arasında danışıqları izləyir və bu cür tədarüklərin mümkünlüyü böyük narahatlıq doğurur.
Nəşr vurğulayıb ki, ABŞ öz təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərib, bununla da Hizbullahın HƏMAS-ın İsrailə qarşı müharibəsində fəal iştirakının qarşısını almağa çalışır. Bundan əlavə, qeyd olunur ki, "Vaqner" muzdluları Suriyada da fəaliyyət göstərir, burada İran tərəfindən dəstəklənən yarımhərbi qrup olan Hizbullah üzvləri də var.
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir
- Azərbaycanda 50 minə Qurani-Kərim satılır - Foto
- 4 ay əvvəl itkin düşmüşdü - Meyiti “Qanlı dərə”dən tapıldı
- Azər Əhmədov vəzifəsindən azad olundu