Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə "Report"a Tərtər rayon prokurorluğundan məlumat verilib. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
- Ermənistanın AB-yə üzvlüyü ilə bağlı referendum...
- Azərbaycan XİN Gürcüstana başsağlığı verdi
- Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir
- Təbrizdə küçələrində Əliyev haqda, görün, nə yazdılar... - Foto
- Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək?
- Xaçatryan: Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi
- Tehran Bakını yanlış anladı - Əliyevin tələbinin səbəbi
- Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir