Ararat Zaxaryan çağırdı ki, məktəbə gəl. Məktəbə getdim, sonra da avtomatları verdilər. Buraya gəldik, təcili yardım maşını ilə Kəlbəcər tərəfdən posta apardılar.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılan Madat Babayan istintaqa verdiyi ifadəsində deyib.
“Çapar kəndindən bura 30, Qozlu kəndindən 40 nəfər gətirdilər. Bizi məktəbə aparıb, avtomat payladılar. Silahı paylamaqda məqsəd bu idi ki, bizi Xocalıya göndərsinlər. Silahları götürüb, bura gəldik (ifadə verərkən dayandığı yeri nəzərdə tutur - red). Sonra bura maşın gəldi və bizi Xankəndiyə apardı. Fevralın 23-ü apardılar, 24-ü isə Xocalıya gətirdilər. Şirinyan dedi ki, bir az gözləyin, adamlar gəlir. Bundan sonra atəş açmağa başladıq. Ordan buraya kimi onlara atəş açdıq. O biri tərəfdə də Sərkisyan, Araikgil dayanmışıdı. Səhəri gün saat 10-da dayan əmri verdilər. Biz də ondan sonra dayandıq. Nə edəcəyimizi soruşduq. Dedilər ki, meyitləri toplamağa başlayın. Biz də başladıq meyitləri toplamağa. Sonra meyitləri maşınlara yüklədik. Altı nəfər yaralı var idi. Onları götürüb, o tərəfə apardım. Şirinyana səsləndim ki, bu qədər yaralı var. UAZ göndərdilər. Sonra da həmin UAZ-larla o yaralıları Xocalının mərkəzinə apardılar. Bunun ardınca meyitləri toplamağa başladıq. Üç URAL gəldi, burada dayandı. Təxminən 150 meyiti o URAL-lara yüklədik. İki maşın da orda dayandı, meyitləri toplayırdı. Uşaq, kişi, qadın təxminən 150 meyit var idi. Üzərlərində nə qədər üzük, sırğa var idisə, hamısını çıxarıblar. Bu ərazidə evlər var idi. Sonradan onları söküb, poliqon düzəldirdilər. Biz 6 nəfəri burada post qurmaq üçün gətirdilər ki, o tərəfdən gələnlər Xocalıda talanda iştirak edə bilməsinlər. On dörd nəfər isə orada talan etmək üçün qaldı. Sonra gördüm ki, üç maşın gəldi. Çayın kənarına nəsə boşaltdı. Xocalı qırğınında öldürülmüş camaatın heyvanlarını yığıb, Xankəndiyə, ordan isə bu fermaya gətirdik”, - Babayan bildirib.
Bundan əlavə, Madat Babayan əsir götürülmüş və Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib:
“Jora dedi ki, orda bir adam var. 15 gündən sonra o kişi öldü. Apardıq orada basdırdıq”.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla AKM avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.
- Mingəçevirdə su təchizatı yenidən qurulur - Video
- Ölkəmizə yeni təcili yardım avtomobilləri gətirildi
- COP29-da iştirak edəcək bu şəxslər üçün peyvəndlər gətirildi
- Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına qadağa - Foto
- Daha bir tiktoker həbs edildi - Foto
- Bakıda bu ərazidə binada yanğın başladı - Video
- COP29-a görə metrolarda tibb məntəqələri yaradılır
- COP29-la əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirildi