2023-cü ilin əvvəlindən Rusiyanın ən varlı adamlarının ümumi sərvəti 24 milyard dollar artıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” Milyarderlər İndeksi məlumat yayıb.
İndeks milyarderlərin sahibi olduğu şirkətlərin səhmlərinin qiyməti əsasında hesablanıb. BBİ reytinqi dünyanın 500 ən zəngin adamını siyahıya alıb. Hazırda 25 Rusiya vətəndaşı da siyahıda var. Onların ümumi sərvəti noyabrın 1-nə 302,5 milyard dollar təşkil edib.
“Lukoyl”un təsisçisi Vahid Ələkbərov digərlərindən daha çox varlanıb. Yanvar-noyabr aylarında onun sərvəti 7,83 milyard dollar artaraq 23,2 milyard dollara çatıb. Beləliklə, o, ölkənin ən varlı milyarderləri siyahısında üçüncü yerdə qərarlaşıb. “Interros” idarəetmə şirkətinin sahibi və prezidenti Vladimir Potanin hələ də 29,4 milyard dollarla (ilin əvvəlindən əlavə 781 milyon dollar) reytinqdə birinci yerdədir. Onu “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Leonid Mixelson (27,7 milyard) izləyi .
Ən böyük itki Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimova dəyib - onun sərvəti 1,55 milyard dollar azalaraq 7,44 milyarda düşüb. Siyahıda sonuncu yerdə 4,98 milyard dollar sərvətlə (ilin əvvəlindən 250 milyon artıb) “Maqnit” in yaradıcısı Sergey Qalitski qərarlaşıb.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir