Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən ərazisində yol qəzaları baş verib.
BUTA.TV Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə iki ağırtonajı yük avtomobilinin toqquşduğu ərazidə bir neçə saat sonra yenidən digər iki avtobus qəzaya uğrayıb.
İlkin məlumata görə, Bakıdan Gəncə istiqamətində hərəkətdə olan mikroavtobusun sürücüsü qəza törədən yük avtomobillərini yol kənarında görüb və sürəti azaldıb. Bu zaman arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Nəticədə hər iki avtobusda xəsarət alanlar olub.
Yol qəzası zamanı xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir