BMT səmərəsiz olmasına baxmayaraq, yeganə beynəlxalq mexanizm olaraq qalır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin BMT-yə alternativ yaratmaq təklifini şərh edərkən deyib.
“Hesab edirik ki, BMT sistemi gündəlikdəki həyati məsələlərdə səmərəsiz olmasına baxmayaraq, yeganə və mübahisəsiz beynəlxalq mexanizm olaraq qalır”, - o bildirib.
Kreml nümayəndəsi əlavə edib ki, bu təşkilata alternativ yaratmaq çox çətindir, çünki bu, beynəlxalq konsensus tələb edir: “Türkiyənin belə bir mexanizm yarada biləcəyini zaman göstərəcək”.
- Ötən gün Azərbaycanda 40 nəfər saxlanıldı
- Kamal Abdulla: ADU-nun nüfuzu sərhədləri aşır
- Maşında sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - Video
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Ölkəmizdə hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi...
- Hava kəskin dəyişir: Martın 30-dək...
- Adil Əliyevə vəzifə verildi
- Bəzi ərazilərdə külək güclənəcək