Bakı-Qazax magistral yolunda yük maşınının nəhəng texnikanı daşıması marağa səbəb olub.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Belə ki, yük maşınının üzərindəki ağır texnikanın hündür olması nəqliyyat vasitəsinin yerüstü keçidin altından keçməsinə əngəl törədib.
Nəticədə yolun asfalt qatı təmizlənib və yük oradan keçirilib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, yük müstəqillik dövründə tikilən 1 280 meqavatlıq ən böyük elektrik stansiyasına aparılıb.
Yük turbin və generatordan ibarətdir.
Qeyd edək ki, müstəqillik dövründə ən böyük elektrik stansiyası Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilib.
Həmin görüntüləri təqdim edirik:
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
- Bu marşrut avtobusları yenilənir