Müttəfiqləri keçmiş Səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanovdan üz döndərib. Yaxın zamanlara kimi tədbirlərdə müxalifətin radikal qanadını təmsil edən siyasilərlə birlikdə görünən partiya sədri indi masa arxasında tək olur. O, hətta ictimaiyyət nümayəndələrinin də əvvəlki diqqət və qayğısından məhrum olub.
"Yeni Sabah"ın əməkdaşı Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbirdə bunu müşahidə edib. Əməkdaşımızın bildirdiyinə görə, ötən gecə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Əli İnsanov əvvəldən axıra kimi tək qalıb.
Bu tip tədbirlərdə adətən AXCP sədri Əli Kərimli, o cümlədən, Cəmil Həsənli, Tofiq Yaqublu, Gültəkin Hacıbəyli və digər siyasətçilərlə yanaşı dayanan qocaman siyasətçi bu dəfə tək qalıb. Hətta Müsavat, KXCP, ReAL liderləri də Əli İnsanovdan uzaq qalmağa çalışıblar. Sadəcə VHP sədri Sabir Rüstəmxanlı ilə bir neçə dəqiqəlik bir araya gəliblər.
Maraqlıdır ki, bayram tədbirində iştirak edən YAP-çı deputatlar və jurnalistlər də HƏP sədrinin personasına etinasız yanaşıb. Üzləşdiyi laqeyd münasibətdən məyus olan qoca siyasətçi bayram tədbirini hamıdan əvvəl tərk edib.
- Tehran Bakını yanlış anladı - Əliyevin tələbinin səbəbi
- Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir
- Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir?
- Əliyevin mesajının şifrələri: Zəngəzur dəhlizinin önəmi...
- Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video
- Əhmədiandan Əliyevə: Ərazinizi azad etdiniz, çox sevindik!
- Maqdalena Qrono Bakıdan İrəvana gedir
- Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı