ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Bataan" amfibiya hücum gəmisi Aralıq dənizinin şərqinə doğru hərəkət edir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Gəmi hazırda Qırmızı dənizin sularındadır və onun tezliklə Süveyş kanalından keçərək Aralıq dənizinə çıxacağı gözlənilir.
Qeyd edək ki, bundan öncə ABŞ regiona aviadaşıyıcılar göndərib.