“Dostlar”ın məşhur ulduzu vəfat etdi

“Dostlar”ın məşhur ulduzu vəfat etdi

Tarix: Siyasət

Dünyaca məşhur “Dostlar” serialının ulduzu Metyu Perri 55 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Aktyorun meyiti oktyabrın 28-də Kaliforniyadakı evində tapılıb.

Məlumata görə, oktyabrın 28-də aktyorun ürəyinin dayanması ilə bağlı təcili tibbi yardım xidmətinə zəng daxil olub.

Hadisə yerində narkotik tapılmayıb. Əvvəllər Perri açıq şəkildə etiraf edib ki, serial çəkilişləri zamanı narkotik asılılığından əziyyət çəkirmiş.