Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair müsbət irəliləyişlər var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstanın əsas məqsəd və istəklərindən biri Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasıdır: "Şadam ki, bununla bağlı sülh sazişinin imzalanması üçün müsbət irəliləyişlər var. Ümid edirəm ki, bu, ən qısa zamanda həyata keçiriləcək. Çünki regionumuzu sülh və təhlükəsizlik məkanına çevirmək ümumi mənafeyimizə uyğundur”.
O qeyd edib ki, Gürcüstan dəfələrlə dostlarına - Azərbaycana və Ermənistana əsaslı müzakirələr üçün şərait yaradıb: "Bu, həmişə müxtəlif formatlarda və müxtəlif səviyyələrdə olub. Gürcüstan demək olar ki, hər iki dövlətin mütləq etimad göstərdiyi yeganə ölkədir”.
Qeyd edək ki, 2021-ci ilin sonunda Gürcüstan hökuməti Sülh Qonşuluq Təşəbbüsünə başladı. Ölkənin Baş naziri İrakli Qaribaşvili tərəflər arasında qeyri-rəsmi dialoq üçün regional platformanın yaradılmasını Azərbaycan və Ermənistana təklif edib. 2022-ci ilin iyulunda Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ilk görüşü baş tutub.
- Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...
- Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
- Pezeşkian İlham Əliyevə zəng etdi
- Mirziyayev İlham Əliyevə zəng etdi
- Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi
- Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?
- Pilotun bunu etməsi möcüzədir! – Şepard
- Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto