Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib. O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir:
“Böyük planlarımız var. Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”.
C.Bayramov, həmçinin Türkiyə ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətindən danışıb:
“Ölkələrimizin də iştirak etdiyi üçtərəfli və dördtərəfli platformalar var. Əməkdaşlığımız sadəcə bizi deyil, daha geniş coğrafiyanı əhatə edir. Qarşılıqlı dəstəyimiz bir-birimizin gücünə güc qatır, dövlətlərimizin və xalqlarımızın rifahını təmin edir”.
- Bu xəbərlərə də göz at
- Bakıdan bu şəhərə uçuşlar başlayır
- Bakıda bu yolda hərəkət dayandı
- Mingəçevirdə əməliyyat: silahlı şəxs saxlanıldı
- Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi
- Neftin bu günə olan qiyməti
- Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ