1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilən terror aktında əli olanların çoxu hələ də azadlıqdadır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın keçmiş hərbi prokuroru Qagik Cangiryan deyib.
“Mənim üçün 27 oktyabr cinayətinin üstü açılıb, cinayət işinin materiallarında hər şey var. Hazırda ayrılmış hissə üzrə ibtidai istintaq bərpa olunub, aktiv mərhələ davam edir”, - o bildirib.
Sabiq prokuror bu cinayətə görə məsuliyyət daşıyan və azadlıqda gəzən şəxslərin adlarını açıqlamayıb.
Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinə soxulub. Silahlılar Baş nazir Vazgen Sərkisyanı, parlamentin spikeri Karen Dəmirçiyanı, həmçinin vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, operativ işlər naziri Leonard Petrosyan, deputatlar Henrix Abramyan, Armenak Armenakyan və Mikael Kotanyanı qətlə yetiriblər.
- Bakı-Sumqayıt qatarında niyə yubanma olub? - Səbəb
- "Azercell" və Cüdo Federasiyası “İlin markası” seçildi - Foto
- Ölkə ərazisində 111 min 111 ağac əkildi - Foto
- Qarabağda son bir həftədə nə qədər mina tapılıb?
- Balasanyan və dəstəsi belə diz çökdürülüb - Video
- Xəzər dənizi kiçilir, Qafqazda şirin su... - Babayev
- Güclü külək əsəcək – Sarı xəbərdarlıq
- Sabiq nazirin oğluna yüksək vəzifə verildi