Oktybarın 27-də Audiovizual Şuranın növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, iclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş bir sıra yayım operatorlarının fəaliyyət göstərməmələri ilə bağlı lisenziyalarının ləğv edilməsi məqsədilə Şuraya müraciətləri müzakirə olunub.
İclasda Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin qeyd olunan məsələ ilə bağlı və həmin operatorların monitorinqlərinə dair məruzəsi dinlənilib.
Müzakirələrdən sonra lisenziya sahiblərinin müraciətləri nəzərə alınaraq Albax TV MMC, Real Telecom MMC və Şam MMC-nin müvafiq lisenziyalarının ləğv olunması barədə qərarlar verilib.
Həmçinin, yayım fəaliyyətinin 6 aydan çox müddətdə həyata keçirilməməsi səbəbindən RA Technologies MMC-nin də lisenziyası ləğv olunub.
- Bu xəbərlərə də göz at
- Nazir: İqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqik
- Çin metanla uçan raketlə orbitə üç peyk buraxdı
- Britaniyadan İran rəsmilərinə sanksiya
- 654-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
- ABŞ-dan İranla bağlı xəbərdarlıq: Tədbirlər görəcəyik!
- Səfir COP29 barədə danışdı: Bakının böyük təcrübəsi var