Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir.
BUTA.TV xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, ilk tədarük iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçirilib:
“Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Müqaviləyə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, son illər Hindistan və Fransa Ermənistanın silahlanmasında xüsusi rol oynamağa başlayıb.
- Bu xəbərlərə də göz at
- Rusiyanın Su-24 qırıcısı məhv edildi
- Qərbin Ukraynaya diqqəti azalmayacaq - Kuleba
- BMT-dən taxıl sazişi ilə bağlı yeni açıqlama
- Xalq şairi Hüseyn Arifin qızı vəfat etdi
- Messi 2023-cü ilin idmançısı seçildi
- Smartfondan istifadə zamanı edilən 5 səhv