Ermənistanın “Hraparak” qəzeti Qarabağ separatçılarının “keçmiş müdafiə naziri”, antiterror tədbirlərindən sonra Xankəndidən İrəvana qaçmış Samvel Babayanın niyə digər “liderlər” kimi həbs olunmadığını müəmma adlandırıb.
“...minlərlə azərbaycanlını qətlə yetirən, birinci Artsax müharibəsinin qaliblərindən biri Samvel Babayan maneəsiz Ermənistana daxil olub. Azərbaycana görə, o, müharibə cinayətkarıdır”, - deyə qəzet Babayan haqqında yazıb. “Babayan niyə belə humanist münasibət gördü?”, - deyə sual edən nəşr bunun cavabını axtarmağa çalşıb.
“Ola bilsin ki, Azərbaycan tərəfi ilə gizli danışıqlar apardığını etiraf edərək sualın cavabını Babayan özü verib. Amma Araik Arutyunyan da həmin danışıqlarda tərəf olub. Nə üçün Babayan bağışlandı, amma Arutyunyan yox?”, - “Hraparak” yazıb.
BUTA.TV xəbər verir ki, sözügedən nəşrin məqaləsində Samvel Babayanın dolayısı ilə Nikol Paşinyanın himayə etdiyinə də işarə olunub, onun “qeyri-rəsmi mətbuat katibi” adlandırılıb.
Xatırladaq ki, S.Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusui rol oynayıb.
Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib.
2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal "siyasi fəaliyyət"lə məşğul olmağa başlayıb. 2023-cü ilin sentyabrında həyata keçirlən antiterror tədbirlərindən sonra İrəvana qaçıb.
Samvel Babayan Xocalı soyqırımını törədənlərdən biridir.
- COP29 iştirakçılarına akkreditasiya kartlarının verilməsi başlayır
- İş axtaranlar diqqət – 100 nəfər işə götürüləcək
- Bakıda piyadanın səbəb olduğu zərcirvari qəza... - Video
- Prezident sərəncam imzaladı
- Əmrullayev onlara yüksək vəzifə verdi
- "Tofaş"la avtoşluq edən sürücü həbs edildi
- Şəxsiyyət vəsiqəsinin surətini çıxarmaq olmaz - Ekspert
- Zakir Həsənov Mərakeşə getdi, saziş imzaladı