Türkiyənin “Fənərbağça” komandası UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
BUTA.TV xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Bolqarıstan “Ludoqorets”ini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda bütün qolları Türkiyə klubunun futbolçuları vurublar. “Fənərbağça”nın heyətində 42-ci dəqiqədə Mişi Batşuayi, 52 və 90+3-cü dəqiqədə Mixa Zayts fərqləniblər. 65-ci dəqiqədə isə Rodriqo Bekao avtoqol müəllifi olub.
Bu qələbədən sonra xallarını 9-a çatdıran “Fənərbağça” liderliyini möhkəmləndirib. Hesabında 3 xalı olan “Ludoqorets” isə üçüncü pillədə qərarlaşıb.
- Bu xəbərlərə də göz at
- Bakıya 10 min həb gətirən narkoşəbəkə ələ keçdi
- Neftin bu günə olan qiyməti
- Əliyev və Paşinyanın bu addımını alqışlayırıq - ABŞ
- Ankaradan Bakı-İrəvan arasındakı razılığa reaksiya
- Əliyevin seçki qərarı: Rusiya, İran, Türkiyə amili...
- Obrayenin Bakı səfəri: ABŞ-ın Qafqaz plan… - Markov