Ərəb ölkələri Qəzza ilə bağlı birgə bəyanat yayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin yaydığı məlumatda bildirilib.
Bəhreyn, Misir, İordaniya, Küveyt, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir ki, özünümüdafiə hüququ qanunu pozmağa və fələstinlilərin hüquqlarına məhəl qoymamağa haqq qazandırmır.
Bundan başqa, onlar Qəzza zolağında vətəndaşların kollektiv cəzalandırılmasını pisləyiblər.
Nazirlər BMT Təhlükəsizlik Şurasından tərəfləri atəşi dərhal dayandırmağa məcbur etməyi tələb ediblər.
- Bu xəbərlərə də göz at
- Milli Məclisin iclası başladı
- Qriqoryan Londonda Bakı ilə münasibətləri müzakirə etdi
- Ərdoğanı qarşılayan nazir gülüş hədəfinə çevrildi - Foto
- Blinken: Husilər İranın dəstəyi ilə hücum edir
- MOSSAD Türkiyədə bu şəxslərin ovuna çıxsa... – Perinçək
- 653-cü gün: Rusiyanın itkiləri açıqlandı