Makron bu türk ölkəsinə səfərə gedir

Makron bu türk ölkəsinə səfərə gedir

Tarix: Siyasət

Fransa Prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfər edəcək.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib. “2023-cü il noyabrın 1-də Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana rəsmi səfəri baş tutacaq”, - məlumatda qeyd olunub.

Bildirilib ki, səfər zamanı iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.