Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib.
“BUTA.TV” xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. “Xəzərxəbər” hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb
İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakininlərdən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra döydüyü şəxsin oğlu onu öldürmək qərarına gəlib və izləyərək hücum edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Tovuzda dəhşətli yanğın: ev külə döndü - Video
- Bu ərazilərə yağış yağır
- Moped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
- İsmayıllıda 6 otaqlı ev yandı
- Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video
- 7 universitetimiz dünyanın ən yaxşılarının reytinqində - Foto
- Bakıda 17 yaşlı oğlan evində ölü tapıldı
- İranda daha bir general öldürüldü - Foto