Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatına dair şərhində bildirilib.
Vurğulanıb ki, Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır:
"Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.
Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz.
Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır".
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir