Zəngəzur dəhlizi layihəsi hələ də müzakirə olunur, lakin erməni tərəfi bu layihə ilə bağlı həqiqətən maraqlandığını nümayiş etdirməlidir.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico”ya müsahibəsində deyib.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Süniki tutmaq fikrində deyil.
Həmçinin Hikmət Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi layihəsi artıq Bakı üçün cəlbedici deyil, belə ki, oxşar təşəbbüsləri İranla da hazırlamaq olar.
Azərbaycan Prezidenti oktyabrın əvvəlində bildirib ki, Bakı Tehranla Ermənistandan yan keçməklə İrandan ərazisindən Naxçıvana avtomobil və dəmir yollarının çəkilməsi barədə razılığa gəlib.
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir