Kreml Qazaxıstandakı NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi barədə daha ətraflı məlumat toplamalıdır, biz onu Astanadakı dostlardan alacağımızı gözləyirik.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, biz hələ də daha ətraflı məlumat toplamağa ehtiyac duyuruq. Sülhməramlı missiyaların öz xüsusiyyətləri var. Qazaxıstan hərbçiləri sülhməramlı əməliyyatlarında dünyanın müxtəlif yerlərində iştirak edir. Astanadan olan dostlarımızdan əlavə məlumat alacağımıza ümid edirik”, - o bildirib.
Qeyd edək ki, ABŞ-ın Qazaxıstandakı səfiri Astanada “NATO-nun sülhməramlı əməliyyatlar mərkəzi” açdığını bildirib.
- Ronaldonun komandası çempionluğu son saniyədə əldən verdi, tribunada dava düşdü - Video
- “Nəmlik 2-ci mərtəbəyə qalxır, qoxudan dayanmaq olmur” - Video
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - Rəsmi
- Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
- Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
- Kanadadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
- Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək
- Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir