İlham Əliyev Brüsseldən imtina etdi? - Mirzoyan

14:58 - 25 Oktyabr 2023 - GÜNDƏM

 İlham Əliyev Brüsseldən imtina etdi? - Mirzoyan

Brüsseldəki görüş Azərbaycan prezidentinin vaxt azlığı səbəbindən baş tutmayacaq.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib. “Azərbaycan prezidentinin vaxtı yox idi. Biz indi də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən vaxt azlığıdır və görüşün yeni tarixlərini müəyyən etmək mümkün olacaq. Ermənistan görüşə hazırdır, artıq qeyd etdiyim kimi, biz sülh gündəliyinə sadiqik”, - Mirzoyan bildirib.

O əlavə edib ki, ümumilikdə Qranadakı bəyanatda yeni heç nə yoxdur, iyulda keçirilən üçtərəfli görüşdən sonra səslənən prinsiplər təkrarlanıb və ondan sonra Azərbaycan və Ermənistan tərəfindən heç bir etiraz olmayıb:

“İki gün əvvəl Tehranda qeyri-rəsmi təmaslar apardıq və Ermənistan sülh prosesini, o cümlədən sülh müqaviləsinin əldə olunması istiqamətini sürətlə davam etdirməyə hazırdır. Bizim yanaşmalarımız məlumdur”.

Qeyd edək ki, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan liderlərinin bu ay Brüsseldə görüşməyəcəyini bildirmişdi. Bundan əvvəl isə oktyabrın sonunda Brüsseldə üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün mümkünlüyü bildirilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol