Moskva Vaşinqtondan strateji sabitlik və silahlanmaya nəzarət üzrə dialoqu bərpa etmək təklifləri alıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Onlar təklif edirlər ki, strateji sabitlik və silahlara nəzarət üzrə dialoqu sistemli əsasda quraq və bunu baş verən hər şeyi unudaraq edək, amma biz buna hazır deyilik”, - Ryabkov bildirib.
Onun sözlərinə görə, təklif məktub şəklində, lakin qeyri-rəsmi formada verilib:
“Biz sakit şəkildə analiz edirik və lazım olan anda amerikalılara cavab verəcəyik. Cavab hansı formada olacaq, indidən danışmaq tezdir”.
Ryabkov deyib ki, ABŞ-ın Rusiyaya qarşı əsaslı düşmənçilik kursunu dəyişmədən strateji sabitlik, o cümlədən strateji hücum silahları və digər məsələlərlə bağlı dialoqa qayıtmaq mümkün deyil.
- İrana növbəti humanitar yardım yola salınır
- Xoşqədəm Hidayətqızının da verilişi dayandırıldı
- Azərbaycanın ABŞ-dakı səfirliyindən mühüm məlumat...
- "Blogerlər"in saxta fotoları - DTX yalanları ifşa etdi
- Bu ərazilərdə işıq olmayacaq
- Prezidentin ailəsini şantaj edən şəxs saxlanıldı - Video
- Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi
- Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu