Bakı Qaragöldəki 6 yaşayış məskənini də istəsə... - Artamonov

13:02 - 25 Oktyabr 2023 - GÜNDƏM

 Bakı Qaragöldəki 6 yaşayış məskənini də istəsə... - Artamonov

Ermənistan KTMT-nin tərkibindən çıxacaq vəziyyətdə deyil. Yeri gəlmişkən, Paşinyan sonuncu bəyanatında da buna eyham vuraraq bildirdi ki, rusların burada (Ermənistanda - red.) öz yeri var. Ermənistanın Gümrü, Mehri, Armavir və Artaşed şəhərlərində yerləşən 4 rus hərbi bazasından əlavə, Rusiyanın dörd min sərhədçisi də Ermənsitanda yerləşir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksandr Artamonov Rusiyanın “Birinci kanal”ında yayımlanan “Kuklalar Tuttinin davamçılarıdır” proqramının “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı buraxılışında deyib.

“KTMT sərhədlərini bizim sərhədçilərimiz qoruyur. Zəngəzur (Sünik) rayonunda yerləşən Qaragöldə sərhədlərin demarkasiyası aparılmayıb. Hətta ən tənbəl və ən sülhpərvər azərbaycanlı siyasətçi belə bildirir ki, Zəngəzurun ermənilərin nəzarətində olan hissəsində altı yaşayış məskəni Azərbaycana məxsusdur. İndi sual ondadır ki, KTMT bu altı yaşayış məskənini necə qoruyacaq”, - o bildirib.

Qeyd edək ki, verilişdə Nikol Paşinyanın ünvanına işlədilən kəskin ifadələrə görə Ermənistan Rusiyaya nota təqdim edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol